Con Kennedinin qətli ilə bağlı materiallar ABŞ konqresmeninə təqdim edilib

Rusiyanın ABŞ-dəkı səfiri Aleksandr Darçiyev ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı arxiv materiallarını Konqresin üzvü Anna Paulina Lunaya təqdim edib.
Təhlil.az xəbər verir ki, Rusiya səfirliyinin yaydığı məlumata əsasən, görüş səfirin iqamətgahında baş tutub. Aleksandr Darçiyev bildirib ki, “Kennedinin qətli və Sovet–Amerika münasibətləri” adlı toplunun redaksiya heyəti tərəfindən toplanmış arxiv sənədləri bu tarixi faciəyə əlavə işıq sala bilər.
Bəyanatda qeyd olunur ki, sənədlər konqresmen Annа Paulina Luna tərəfindən ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası zamanı verdiyi vəd – Kennedinin qətli ilə bağlı əlavə araşdırma aparılması təşəbbüsü çərçivəsində təqdim olunub.
Verilən materiallar məxfilikdən çıxarılmış sovet arxiv sənədləri əsasında hazırlanıb.