Fransa iflas rekordu qırdı və 310 milyard avro borc almağa hazırlaşır

Sentyabrda Fransada 6800 korporativ iflas qeydə alınıb ki, bu da son 15 ilin ən pis göstəricisidir.
Təhlil.az xəbər verir ki, altares tədqiqat qrupunun hesabatına görə, üçüncü rübdə 14,371 kollektiv icraat başlanmışdır ki, bu da dövr üçün rekord göstəricidir və əvvəlki ilə nisbətən 5,2% çoxdur.
İstehsal sənayesində 17% artım müşahidə olunub.
İqtisadi vəziyyətin pisləşməsi fonunda Fransa hökuməti 2026-cı ildə dövlət xərclərini, ilk növbədə pensiyaları ödəmək üçün rekord məbləğdə 310 milyard avro borc götürməli olacaq.
Bu, ötən illə müqayisədə 10 milyard avro çoxdur. Bu məbləğin 175,8 milyard avrosu köhnə borcların ödənilməsinə yönəldiləcək, bu il isə 168 milyard avrodur.
Fransanın dövlət borcu artıq ÜDM-in 115,6%-nə çatıb ki, bu da iqtisadçıların və investorların narahatlığına səbəb olub.