Bu gün

Avtomobil partlayışı rəsmi şəkildə terror aktı kimi tanındı

Ekvador hakimiyyəti Quayakil şəhərində baş verən avtomobil partlayışını terror aktı kimi təsnif edib.

Təhlil.az xəbər verir ki, Vilayət qubernatoru Umberto Plaza bəyan edib ki, hadisəyə məsul olan bütün şəxslər terrorizm maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar:

“Bu, əsl terrorizmdir… Biz bu insanları tapacağıq, hər daşı qaldırıb axtaracağıq,” — deyə Plaza vurğulayıb.

El Universo qəzetinin məlumatına görə, partlayış nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?