Bu gün
Pekin Moskvaya pilotsuz uçuş aparatlarının istehsalında yardım edir?

Çin Rusiyaya dron istehsalı üçün əsas komponentlərin — optik lif kabelləri və litium-ion batareyalarının tədarükünü kəskin şəkildə artırıb.
Təhlil.az "The Washington Post"un məlumatına istinadla xəbər verir ki, təkcə iyun ayında Rusiyaya 54 milyon dollar dəyərində batareya ixrac olunub. Bu batareyalar elektron müharibə vasitələri ilə boğulması mümkünsüz olan kabel idarəetməli dronlarda istifadə edilir.
Məlumata görə, hətta Rusiyanın “Rustakt”, ASFPV (“PGI Technologies”) və “StriBoq” şirkətləri Çin tərəfdaşları ilə birgə istehsal xətləri açırlar.
Rəsmi Pekin neytrallıq siyasətini qoruduğunu bildirsə də, bu əməkdaşlıq Qərbdə ciddi narahatlıq yaradıb.