Bu gün

Aİ qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri sərtləşdirmək istəyir

Aİ daxili işlər nazirləri oktyabrın 14-də Lüksemburqda Aİ-nin immiqrasiya qanunlarının sərtləşdirilməsini müzakirə edəcəklər, lakin ölkələr arasındakı dərin fikir ayrılıqları qərarın qəbuluna mane ola bilər. Təhlil.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Geriqaytarma direktivi çərçivəsində siyasi baxımdan ən həssas məsələ başqa bir Aİ ölkəsinin miqrantı deportasiya etmək qərarının məcburi tanınmasıdır. Aİ-yə üzv dövlətlər arasında dərin fikir ayrılıqları var", - Aİ-nin adını açıqlamayan diplomatı deyib.

İsveç və Almaniya kimi bəzi ölkələr sığınacaq axtaranların deportasiyası ilə bağlı digər dövlətlərin qərarlarının könüllü olaraq tanınmasının tərəfdarıdır, digərləri isə bu yanaşmanın əleyhinədir. Məhz bu məsələyəgörə daxili işlər nazirləri görüşdə konsensusa gələ bilməyəcəklər, avropalı diplomat qeyd edib.

Bir başqa mübahisəli məsələ sığınacaq axtaranları icmanın digər ölkələrinə yerləşdirməklə bəzi ölkələrə qarşı “miqrasiya təzyiqini” azaltmaq məqsədi daşıyan “məcburi həmrəylik” miqrasiya strategiyası olaraq qalır. Bütün ölkələr əlavə miqrantları qəbul etməyə hazır deyil və Polşa bu mexanizmin tamamilə əleyhinədir.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?