14 oktyabr

Nurlan Sauranbayev: Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirib

Qazaxıstan Azərbaycandan neft məhsullarının uzunmüddətli tədarükündə maraqlıdır.

Təhlil.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 21-ci iclasında deyib.

Onun sözlərinə görə, ölkələr enerji sektorunda strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirib və Qazaxıstan Transxəzər marşrutu ilə neftin nəqlində SOCAR və “KazMunayQaz” arasında əməkdaşlığı yüksək qiymətləndirir.