Bu gün
Mirzoyan: Ermənistan və Azərbaycan bütün kommunikasiyaları açır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan və Azərbaycan bir-birlərinin nəqliyyat və digər infrastrukturunu tam açırlar.
Təhlil.az Mirzoyanın qeyd etdiyi əsas məqamları təqdim edir.
* Ermənistandan keçən dəmir yolu hissəsi “TRIPP” adlanacaq.
* Marşrut prinsipləri: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, infrastruktura dair yurisdiksiya və qarşılıqlılıq.
* “TRIPP”in Ermənistan hissəsinin texniki təfərrüatları Ermənistan və ABŞ tərəfindən razılaşdırılacaq.
* Dəmir yolunun tikintisi və istismarı üçün erməni-amerikan birgə müəssisəsi yaradılacaq.
Mirzoyan vurğulayıb ki, bu, bütün kommunikasiyaların açılmasına aiddir və artıq Vaşinqton Bəyannaməsində razılaşdırılanlar dərc olunub.