14 oktyabr

Gürcüstanda mitinqlərin keçirilməsi qaydaları sərtləşdirilir

Gürcüstan hökuməti ictimai asayişin qorunması məqsədilə mitinqlərlə bağlı qanunvericiliyə dəyişikliklər edib.

Təhlil.az xəbər verir ki, yeni qaydalara əsasən:

Yolları bağlayan və ya baryerlər quran iştirakçılar — 15 sutkayadək inzibati həbs cəzası alacaq;

İğtişaşların təşkilatçıları isə 20 sutkayadək həbs edilə biləcəklər;

Mitinq zamanı silah, pirotexnika və digər təhlükəli əşyalar gətirən şəxslər üçün 60 sutkayadək həbs nəzərdə tutulur.

Bundan əlavə, Cinayət Məcəlləsinə yeni maddə daxil edilib — bu maddə polis əməkdaşının dəfələrlə təhqir edilməsinə görə cəza tətbiqini nəzərdə tutur.

Gürcü media orqanlarının yazdığına görə, hökumət bu dəyişiklikləri ictimai təhlükəsizliyin təminatı və radikal hərəkətlərin qarşısını almaq məqsədilə qəbul edib.