Bu gün

Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçirilir

Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi start götürüb.

Təhlil.az xəbər verir ki, tədbir çərçivəsində 5-ci Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi “Plastex Caspian”, eləcə də bu sərgilərlə yanaşı keçiriləcək 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi keçiriləcək.

Dövlət strukturları nümayəndələrinin iştirakı ilə baş tutan tədbir 3 gün davam edəcək.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışında bildirib ki, 2020-2025-ci illərdə Qarabağda icra olunan 1500-ə qədər layihələndirmə və tikinti işləri üzrə ümumi satınalma prosedurları keçirilib.

E. Bağırov vurğulayıb ki, ümumilikdə 9 şəhər, 90-a yaxın kənd və qəsəbəni əhatə etməklə cari ilin 8 ayında 260-dan artıq satınalma prosesi həyata keçirilib:

"2022-2025-ci illər üçün dövlət proqramı çərçivəsində qəbul edilməsi nəzərdə tutulan milli texniki reqlamentin tələblərinin yerinə yetirilməsi məqsədilə 1000-dən artıq istinad standartlarının qəbul edilməsi nəzərdə tutulur".

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?