Bu gün

Alimlərdən xəbərdarlıq: 342 asteroid Yerə təhlükəli yaxınlıqda keçəcək

Rusiyalı alimlər Yupiterin güclü cazibə qüvvəsinin yaxın gələcəkdə Yer üçün ciddi təhlükə yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Təhlil.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, nəhəng planetin cazibə sahəsi yüzlərlə asteroidi Yerə doğru istiqamətləndirə bilər. Yeni tədqiqat nəticələrinə əsasən, növbəti 100 il ərzində 854 asteroid Yupiterə yaxınlaşacaq, onlardan təxminən 342-si isə Yerə çox yaxın məsafədən keçəcək.

Alimlər xəbərdarlıq edirlər ki, bu asteroidlərin bir qismi planetimiz üçün real təhlükə yarada bilər. Buna görə də, qarşıdakı illərdə müşahidə və müdafiə mexanizmlərinin daha da gücləndirilməsi zəruri hesab olunur.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?