14 oktyabr

Botçorişvili: “Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa can atır”

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Tbilisinin Vaşinqtonla münasibətlərinə toxunub.

Təhlil.az xəbər verir ki, XİN başçısı qeyd edib: “Oş səviyyəsində iş gedir, amma siyasi meydan boşdur”.

"Söhbət ABŞ-dən gələn mesajlardan gedir. Ümid edirik ki,Gürcüstanla münasibətlər üçün müəyyən çərçivələr müəyyənləşdirək. Bununla belə,biz ABŞ qanunverici orqanında baş verənləri və “MEGOBARI Akt”ının gedişatını izləyə bilərik", - deyə diplomat bildirib.

Botçorişvili vurğulayıb ki, Tbilisi öz istəklərini, maraqlarını və təkliflərini dilə gətiribvə ABŞ ilə strateji tərəfdaşlıq arzusunu ifadə edib və bunun ikitərəfli görüşlərdəəlavə müzakirələr aparılmasını tələb edir.