“Apple” yeni məhsullarını təqdim etməyə hazırlaşır

“Apple” korporasiyası oktyabrın üçüncü həftəsində bir neçə yeni məhsulun təqdimatını planlaşdırır.
Təhlil.az xəbər verir ki, agentliyin icmalçısı Mark Qurmanın bildirdiyinə görə, iPad Pro və Vision Pro artırılmış reallıq eynəyi yaxın günlərdə M5 prosessoru ilə təqdim olunacaq.
Bundan əlavə, eyni çipə malik yeni MacBook Pro-nun buraxılışı da gözlənilir, lakin şirkət bunun üçün ayrıca təqdimat keçirməyəcək.
Qurmanın sözlərinə görə, yeni cihazlar Apple-ın rəsmi saytında və mətbuat relizi formatında, yəqin ki, eyni həftə ərzində müxtəlif günlərdə ictimaiyyətə təqdim ediləcək.
Mənbənin məlumatına əsasən, “Apple” həmçinin yeni nəsil HomePod mini, Apple TV konsolu və ağıllı izləyici AirTag üzərində də çalışır, lakin bu məhsulların satışa çıxarılması yalnız 2026-cı ilin əvvəlində gözlənilir.
Bundan başqa, 2026-cı ilin ilk yarısında şirkət A18 çipi ilə təchiz olunmuş yenilənmiş iPad, M4 prosessorlu iPad Air, Mac üçün iki yeni xarici monitor və iPhone 17e modelini təqdim etməyi planlaşdırır.