Tramp Zelenski ilə danışıqlara hazırlaşır: məqsəd sülh, yoxsa təzyiq?

ABŞ Prezidenti Donald Trampın 17 oktyabrda Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyini təsdiqləyib.
Təhlil.az xəbər verir ki, "Air Force One" təyyarəsində jurnalistlərlə söhbəti zamanı Tramp jurnalistlərin görüşlə bağlı sualına “Düşünürəm ki, bəli” cavabını verib.
ABŞ prezidenti Donald Tramp təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında vasitəçi ola biləcəyini də istisna etməyib.
“Bəli, Ərdoğan bacarar. Onu Rusiyada hörmətlə qarşılayırlar. Ukrayna barədə eyni şeyi deyə bilmərəm, amma Putinin ona hörməti böyükdür. O, mənim dostumdur. Mən zəiflərlə deyil, güclülərlə yola gedirəm”, – deyə o, qeyd edib.
Ukrayna lideri Volodimir Zelenski isə Trampın dəvəti ilə Vaşinqtona yola düşdüyünü, nümayəndə heyətinə baş nazir Yuliya Sviridenko, Prezident Administrasiyasının rəhbəri Andrey Yermak və Təhlükəsizlik Şurasının katibi Rustem Umerovun daxil olduğunu bildirib.
Xatırladaq ki, Tramp və Zelenski 2025-ci il ərzində artıq üçüncü dəfə görüşəcəklər.
– Fevralda baş tutan ilk görüş fikir ayrılıqları ilə nəticələnmiş, Ukrayna nümayəndə heyəti zalı tərk etmişdi.
– Avqustda keçirilən ikinci görüş isə Tramp–Putin sammitindən sonra baş tutaraq Avropa liderlərinin iştirakı ilə daha geniş formatda keçirilmişdi.
– Sentyabrda BMT Baş Assambleyası çərçivəsində iki prezidentin qısa təması, oktyabrın əvvəlində isə iki telefon danışığı baş verib.
Bu ardıcıl təmaslar Tramp administrasiyasının Ukrayna məsələsini qlobal sülh gündəliyinin bir hissəsinə çevirmək niyyətini təsdiqləyir. Bu kontekstdə 17 oktyabr görüşü həm ABŞ-nin qlobal diplomatiya xəttində növbəti dönüş, həm də Avropada güc balansının yenidən formalaşması baxımından mühüm mərhələ olacaq.