Dünən

Putinlə Tramp arasında telefon danışığı olacaq

Bununla bağlı razılıq əldə olunan kimi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Telefon danışığı ilə bağlı hələ dəqiq razılaşma yoxdur. Hər şey müəyyənləşdikdən sonar söhbət baş tutacaq", - Peskov bildirib.

Tramp daha əvvəl jurnalistlərə açıqlama verib ki, Putinlə Ukraynaya mümkün Tomaqavk raketlərinin tədarükü məsələsini müzakirə edə bilər. ABŞ prezidentinin sözlərinə görə, Ukrayna münaqişəsi həll olunmazsa, Vaşinqton bu raketləri Ukrayna Silahlı Qüvvələrinə verə bilər.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?