Dünən
Lavrov: “Rusiyanın İranla hərbi-texniki əməkdaşlığına heç bir məhdudiyyət yoxdur”

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlıq sahəsində heç bir məhdudiyyətin olmadığını bildirib.
Təhlil.az xəbər verir ki, bu barədə o, İrana S-400 hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələrin tədarükü ilə bağlı suala cavabında deyib.
Lavrov qeyd edib ki, Rusiya İranı ehtiyac duyduğu avadanlıqla təmin edir, lakin bu tədarüklərin detalları barədə məlumat verməyib.