Dünən
Makron: “İstefa verməyəcəm”

Fransa Prezidenti Emmanuel Makron müxalifətin istefa çağırışlarına məhəl qoymayaraq, ölkədə sabitliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcəyini bəyan edib.
Təhlil.az xəbər verir ki, bu barədə o, “Axios” nəşrinə müsahibəsində bildirib.
“Fransa xalqı tərəfindən verilən mandat xidmət etmək, xidmət etmək və yenə də xidmət etməkdir. Bizim vəzifəmiz gündəlik olaraq fransızların suallarına cavab vermək və Fransanın müstəqilliyi üçün əlimizdən gələn hər şeyi etməkdir. Mən sabitliyi təmin etməyə davam edəcəyəm. Vacib olan tək şey budur. Qalan məsələlər isə hökumətin işidir”, – deyə Makron vurğulayıb.