Dünən

Overçuk: Moskva, Bakı və Tehran Fars körfəzinə maneəsiz logistika qurur

Rusiya, Azərbaycan və İran Barents və Baltik dənizlərindən Fars körfəzinə qədər maneəsiz logistika ilə ümumi əmtəə bazarı yaratmaq səylərini gücləndirirlər.

Təhlil.az xəbər verr ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığa həsr olunmuş üçtərəfli görüşdə deyib.

“Bizi maneəsiz logistika və uyğunlaşdırılmış qayda və standartlara malik ümumi əmtəə bazarının yaradılmasına yönəlmiş çox maraqlı işlər gözləyir. Rusiya ilə Azərbaycan, Rusiya ilə İran, eləcə də, İran və Azərbaycan arasında güclü və dinamik inkişaf edən münasibətlər regionda nəqliyyat əlaqələrini inkişaf etdirmək, Barents və Baltik dənizlərindən Fars körfəzinə qədər fasiləsiz logistikanı təmin etmək üçün əlaqələndirilmiş səyləri zəruri edir”, - deyə Rusiya rəsmisi bildirib.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?