Dünən
Samvel Karapetyana qarşı daha bir ittiham irəli sürüldü

Ermənistanda saxlanılan Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyana qarşı növbəti ittiham irəli sürülüb.
S.Karapetyanın müdafiəçilərinin iddiasına görə, iş adamına heç bir qanuni əsas olmadan daha bir ittiham elan olunub. Məlum olduğu kimi, iş adamı iki cinayətdə ittiham olunub: hakimiyyəti ələ keçirməyə ictimai çağırışlar və çirkli pulların yuyulması. Xeyriyyəçinin hüquq qrupu bu gün Samvel Karapetyanın yeni iqtisadi cinayətdə ittiham olunduğunu açıqlayıb. Sahibkar isə ittihamları rəddedir.
İrəvan məhkəməsi iyunda Karapetyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Avqustun 15-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi onun həbs müddətini daha iki ay uzadıb.