Dünən
Kaya Kallas Kiyevdədir

Avropa İttifaqının ali diplomatı Kaya Kallas Kiyevə səfər edib. Təhlil.az xəbər verir ki, o, Ukrayna rəhbərliyi ilə bir sıra vacib məsələləri müzakirə edəcək. Buna Ukraynaya maliyyə və hərbi yardımın davamı, ölkənin enerji təhlükəsizliyinin qorunması, Rusiyanın hərbi cinayətlərə görə beynəlxalq məsuliyyətə cəlb edilməsi daxildir.
“Ukraynalılar bütün dünyanı cəsarətləri ilə ilhamlandırırlar. Onların möhkəmliyi bizim tam dəstəyimizi tələb edir,” – deyə Kallas Kiyev vağzalından paylaşdığı fotonun altında yazıb.