Dünən
Tramp İsrailə səfər edib

ABŞ Prezidenti Donald Tramp İsrailə səfər edib.
Təhlil.az xəbər verir ki, Trampı Ben-Qurion hava limanında İsrail Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıblar.
Donald Tramp İsraildə bir neçə saat qalacaq. Səfər çərçivəsində o, girovların ailələri ilə görüşəcək və İsrail parlamenti — Knessetdə çıxış edəcək.
İsrail Prezidenti Hersoq Trampı “bütün girovların azad edilməsi, müharibənin dayandırılması və İsrailə sarsılmaz dəstəyinə görə” ölkənin ən yüksək mülki mükafatı olan Prezidentin Şərəf Medalı ilə təltif edəcək.
Səfərdən sonra ABŞ lideri Misirdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində və Qəzza sülh sazişinin birinci mərhələsinin imzalanma mərasimində iştirak edəcək.