13 oktyabr
Si Cinpin: “Sülh qadınların inkişafı üçün əsas şərtdir”

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qlobal Qadınlar Sammitində çıxış edərək beynəlxalq ictimaiyyəti münaqişələrin gərginliyini azaltmağa çağırıb.
Təhlil.az xəbər verir ki, Dövlət başçısı sülhü qadınların inkişafı üçün əsas şərt adlandırıb və münaqişə bölgələrində qızların qorunmasının, eləcə də qadınların sülh proseslərində iştirakının dəstəklənməsinin vacibliyini vurğulayıb.
Si Cinpin həmçinin zorakılığa qarşı mübarizəyə və qlobal sülhün qorunmasına çağırış edib.