13 oktyabr

HƏMAS girovların birinci qrupunu azad edib

 

HƏMAS əsas mübadilə çərçivəsində girov saxladığı 7 israillini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Təhlil.az xəbər verir ki, hazırda azad edilən şəxslər İsrailə yola salınıblar.

Azad olunanların adları açıqlanıb: Matan Engerst, Alon Ohel, Eitan Mor, Gali və Ziv Berman, Omri Miran və Guy Gilboa-Dalal.

Mərasim Qəzza zolağının Xan Yunis şəhərində baş tutub.

Mübadilə razılaşmasına əsasən, İsrail tərəfi qarşılığında 250 nəfər uzunmüddətli cəza alan və 2023-cü ilin 7 oktyabrından sonra həbs edilən 1700-dən çox fələstinlini azad edəcək.

Qeyd edək ki, ötən gecə tərəflər arasında əldə olunan atəşkəs razılaşması İsrail qoşunlarının Qəzzadan çıxarılmasını, humanitar yardımın daşınmasını və girov-məhbus mübadiləsini nəzərdə tutur.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?