13 oktyabr

Böyük Britaniya Qəzza ilə bağlı beynəlxalq sammitə ev sahibliyi edir

Bu gün Londonda Qəzzanın yenidən qurulmasına həsr olunan üç günlük beynəlxalq konfrans öz işinə başlayıb.

Təhlil.az xəbər verir ki,  tədbirdə Fələstin Administrasiyası, Səudiyyə Ərəbistanı, İordaniya, Almaniya və İtaliyanın nümayəndələri, eləcə də Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), özəl donorlar və humanitar təşkilatların təmsilçiləri iştirak edirlər.

Sammit çərçivəsində Qəzzanın infrastrukturunun bərpası, Fələstin Muxtariyyəti daxilində islahatlar və humanitar dəstəyin koordinasiyası kimi məsələlər müzakirə olunur.

Böyük Britaniya hökuməti tədbir ərəfəsində Qəzza zolağına 27 milyon dollar humanitar yardım ayıracağını açıqlayıb. Bildirilib ki, vəsait UNICEF, Ümumdünya Ərzaq Proqramı (WFP) və Norveç Qaçqınlar Şurası vasitəsilə su, kanalizasiya, qidalanma və gigiyena xidmətlərinin təmin olunmasına yönəldiləcək.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?