13 oktyabr
Fransada hökumət dəyişiklikləri: əsas nazirlər vəzifələrini qorudu

Fransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti təşkil edib.
Təhlil.az xəbər verir ki, xarici işlər naziri vəzifəsini əvvəllər olduğu kimi Jan-Noel Barro icra edəcək.
Silahlı qüvvələr naziri keçmiş Əmək və Səhiyyə naziri Katrin Votren olacaq.
Paris polisinin prefekti Loran Nunyes daxili işlər naziri vəzifəsinə təyin edilib.
Həmçinin iqtisadiyyat və maliyyə naziri, sənaye və rəqəmsal suverenlik nazirləri, eləcə də ədliyyə naziri öz vəzifələrini olduğu kimi saxlayıblar.