11 oktyabr

Suriyadan gözlənilməz xəbər: SDQ ordunun bir hissəsi olacaq

Suriya Demokratik Qüvvələri Suriya Ordusunun tərkib hissəsi olacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Suriya Demokratik Qüvvələrinin rəhbəri Mazlum Abdi SDQ-nin yaradılmasının onuncu ildönümünün münasibətilə bağlı çıxışında məlumat verib.

O bildirib ki, Hələbdə SDQ ilə Suriya Ordusu arasında son toqquşmalar və bunun ardınca sülh sazişinin imzalanması fonunda Suriya Demokratik Qüvvələri Suriya Müdafiə Nazirliyinə inteqrasiya olunacaq.