11 oktyabr
Şimali Koreya ən son qitələrarası ballistik raketini nümayiş etdirdi

Şimali Koreya özünün ən son qitələrarası ballistik raketi "Hvason-20"ni nümayiş etdirib.
Təhlil.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyindən məlumat verilib.
Raketin nümayişi Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü münasibətilə Pxenyanın Kim İr Sen meydanında keçirilən hərbi parad çərçivəsində baş tutub.
"Koreya Xalq Demokratik Respublikasının ən güclü strateji nüvə silahı olan "Hvason-20" qitələrarası ballistik raketlərinin kolonu meydana daxil olduğu zaman tamaşaçıların böyük sevinci ilə qarşılanıb", - deyə məlumatda bildirilib.