11 oktyabr

ABŞ Latın Amerikasında narkokartellərlə mübarizə üçün xüsusi qrup yaradır

Pentaqon rəhbəri Pit Hegset bildirib ki, ABŞ Latın Amerikasında narkokartellərin fəaliyyəti ilə mübarizə məqsədilə yeni operativ qrup yaradacaq.

Təhlil.az xəbər vderir ki, Hegsetin açıqlamasına görə, yaradılacaq bölmə narkotik yüklərinin ələ keçirilməsi, kəşfiyyat fəaliyyəti və digər ölkələrlə birgə hərbi əməliyyatların həyata keçirilməsi ilə məşğul olacaq. O, əlavə edib ki, bölmənin təşkil edilməsi barədə göstərişi ABŞ Prezidenti verib.

Pentaqon rəhbəri “X” sosial şəbəkəsində yazıb:
“Mesaj açıqdır: əgər siz narkotiki sahillərimizə daşımağa cəhd etsəniz, sizi yerindəcə dayandıracağıq”.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?