11 oktyabr

Tennessi ştatında zavod partlayışı: 18 nəfər itkin düşüb

ABŞ-nin Tennessi ştatında partlayıcı maddələrin istehsalı ilə məşğul olan zavodda güclü partlayış baş verib.

Təhlil.az xəbər verir k, nəticədə azı 18 nəfərin itkin düşdüyü bildirilir.

Hadisə cümə günü səhər saatlarında hərbçilər üçün partlayıcı maddələrin tədarükü və tədqiqi ilə məşğul olan “Accurate Energy Systems” şirkətinə məxsus müəssisədə qeydə alınıb. Güclü partlayış ərazini tamamilə yerlə-yeksan edib, dağıntılar ən azı yarım mil uzaqlığa səpələnib.

Humphreys qraflığının şerifi Kris Devis bildirib ki, partlayışın gücü o qədər böyük olub ki, 15 mildən çox məsafədə yaşayan sakinlər də onu hiss ediblər.

Onun sözlərinə görə, hava çəkilişlərində zavodun yerləşdiyi ərazidə yalnız bükülmüş metal qalıqları, yanmış cəsədlər və dağıntılar görünür.

Devis bu mənzərəni “indiyə qədər şahidi olduğu ən dəhşətli səhnələrdən biri” adlandırıb.

O, çox sayda insanın həlak olduğunu desə də, hazırda 18 nəfərin itkin düşdüyünü əsas gətirərək, dəqiq ölənlərin sayını açıqlamaqdan imtina edib.

Hadisə ilə bağlı araşdırma aparılır. ABŞ hökuməti və yerli xilasedicilər ərazidə axtarış və bərpa işlərini davam etdirirlər.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?