11 oktyabr

Avstraliyada təyyarə qəzası nəticəsində 3 nəfər ölüb

Avstraliyanın şərq sahilində, Şellharbur hava limanı yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Təhlil.az xəbər verir ki, yeni Cənubi Uels ştatının polisi 3 nəfərin öldüyünü bildirib.

Məlumata görə, qəza yerli vaxtla səhər saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 3:00) Şellharbur hava limanı yaxınlığında (Sidneydən 100 km cənubda yerləşir) baş verib.

"Yüngül təyyarənin qəzaya uğraması xəbərini aldıqdan sonra xilasetmə xidmətləri hadisə yerinə gəlib.

Təyyarə hava limanından qalxdıqdan dərhal sonra yerə çırpılıb və zərbədən sonra alovlanıb", - deyə, polis bildirib və qəza nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?