11 oktyabr
Tramp Çin mallarına yeni 100% tariflər elan edib

Prezident Tramp noyabrın 1-dən etibarən Çinin ABŞ-a ixracına əlavə 100% tariflər, eləcə də “bütün kritik proqram təminatı”na yeni ixrac nəzarəti tətbiq etdiyini açıqlayıb.
Təhlil.az xəbər verir ki, bu, Çinin nadir torpaq metalları və digər kritik mallara ixrac məhdudiyyətləri tətbiq etmək hədələrinə cavab idi.
Jurnalistlərin digər mallar üzərində ixrac nəzarəti ilə bağlı suallarını cavablandıran Ağ Ev rəhbəri siyahıya Boeing təyyarələrinin hissələrinin də əlavə oluna biləcəyini bildirib.
Tramp həmçinin qeyd edib ki, o, Cənubi Koreyada Çin prezidenti Xi Jinping ilə gözlənilən görüşünü ləğv etməyib, lakin bunun baş tutacağına şübhə edir.