10 oktyabr

Ağ Ev Trampa sülh mükafatı verilməməsinə münasibət bildirib

Ağ Ev Nobel Komitəsinin ABŞ Prezidenti Donald Trampa sülh mükafatı verməməsi ilə bağlı qərarını tənqid edib.

Təhlil.az xəbər verir ki,  Ağ Evin kommunikasiya məsələləri üzrə direktoru Stiven Çeunq bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Nobel Komitəsi bir daha siyasəti sülhdən üstün tutduğunu nümayiş etdirdi:

“Prezident Tramp sülh razılaşmaları ərsəyə gətirməyə, müharibələri bitirməyə və həyatları xilas etməyə davam edəcək. Onun çox humanist qəlbi var və onun kimi dağları öz iradəsinin gücü ilə yerindən oynada bilən bir şəxs tapılmayacaq.”

Çeunq əlavə edib ki, Trampın fəaliyyəti dünyada sülh və sabitliyin qorunmasına yönəlib, lakin Nobel Komitəsinin qərarı siyasi motivlərlə bağlıdır.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?