10 oktyabr
Paşinyan: Məmnunluqla qeyd edirəm ki, uzunmüddətli münaqişədən sonra sülh yaranıb

Məmnunluqla qeyd edirəm ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli münaqişədən sonra sülh yaranıb.
Təhlil.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən MDB sammitində 8 avqust tarixli Vaşinqton razılaşmaları barədə danışarkən deyib. Paşinyan bildirib ki,"Tramp marşrutu" (Zəngəzur dəhlizi - TRIPP) Ermənistana birliyin iştirakçı dövlətləri ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək. Bu, MDB çərçivəsində iqtisadi əlaqələri möhkəmləndirməyə və yeni ixrac və idxal imkanları açaraq təşkilatın effektivliyini artırmağa şərait yaradacaq.