10 oktyabr

ABŞ prezidenti Donald Tramp yenidən İrana hücumla bağlı danışıb

Hesab edirəm ki, İrana zərbə çox vacib idi. Əgər bu baş verməsəydi, İran çox güman ki, indiyə qədər nüvə silahına, hətta bir neçə nüvə başlığına sahib olacaqdı. O halda, biz hansısa müqavilə imzalasaydıq belə, bu onun üzərində həmişə qaranlıq, ağır bir kölgə salardı və hər şey başqa cür olardı. Deməli, İranla bağlı vəziyyət dəyişib, amma indi İranın özü sülh üçün çalışmaq istəyir.

Təhlil.az xəbər verir ki, bu sözləri Donald Tramp çıxışında bildirib.

Onlar bu barədə bizə məlumat veriblər və bu razılaşmanı (Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma) tam dəstəkləyirlər və bunu müsbət addım kimi qiymətləndirirlər. Məncə gözəldir. Biz buna görə minnətdarıq. Biz İranla əməkdaşlıq edəcəyik. Bildiyiniz kimi, İran böyük sanksiyalara məruz qalır və başqa məsələlər də var. Biz istəyirik ki, İran öz ölkəsini yenidən qura bilsin, lakin onların nüvə silahı ola bilməz”, - deyə Ağ Ev rəhbəri əlavə edib.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?