10 oktyabr

ABŞ Qəzzada atəşkəsi dəstəkləmək üçün Yaxın Şərqə 200 hərbçi göndərəcək

ABŞ İsrail və HƏMAS arasında əldə edilmiş atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın icrasına nəzarət etmək məqsədilə Yaxın Şərqə təxminən 200 hərbçi göndərməyi planlaşdırır.

Təhlil.az xəbər verir ki, missiya çərçivəsində xüsusi koordinasiya mərkəzi yaradılacaq. Mərkəzdə nəqliyyat, planlaşdırma, təhlükəsizlik, logistika və mühəndislik sahələrində təcrübəsi olan şəxsi heyət çalışacaq. ABŞ-ın açıqlamasında vurğulanıb ki, göndərilən qoşunlar birbaşa Qəzza zolağına yerləşdirilməyəcək.

Hərbi heyətin əsas vəzifəsi atəşkəs razılaşmasının icrasına nəzarətə və Qəzzada mülki hökumətə keçidin təşkilinə dəstək göstərməkdir. Nəşr edilən məlumatda bildirilir ki, qoşunlar təkcə ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) deyil, digər ölkələrdən də ezamiyyətə cəlb ediləcək.

Koordinasiya mərkəzinin yaradılması üzrə hazırlıq işlərinə başlamaq üçün artıq bir qrup şəxsin həmin regiona göndərildiyi bildirilib. ABŞ-ın bu addımı atəşkəsin dayanıqlığını təmin etmək və humanitar yardımların təhlükəsiz çatdırılmasına kömək etmək məqsədi daşıyır.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?