10 oktyabr

ABŞ Çin təyyarələrinin Rusiya üzərindən uçuşunu məhdudlaşdırmaq istəyir

ABŞ administrasiyası Çin aviaşirkətlərinə Amerika istiqamətində və geri uçuşlar zamanı Rusiya hava məkanından istifadəni qadağan etməyi planlaşdırır.

Təhlil.az xəbər verir ki, bu təklif Tramp administrasiyası tərəfindən irəli sürülüb və qərarın məqsədi Amerika aviaşirkətlərinin qeyri-bərabər rəqabət şəraitində qalmasının qarşısını almaqdır.

Pekinə bu məsələyə cavab verməsi üçün iki gün vaxt verilib. Qərarın noyabr ayında qüvvəyə minməsi gözlənilir.

Məhdudiyyətlərin Air China, China Eastern, China Southern və Xiamen Airlines aviaşirkətlərinə şamil ediləcəyi bildirilir.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?