10 oktyabr

Makron cümə gününə qədər yeni baş nazir təyin edəcək

Fransa prezidenti Emmanuel Makron bazar ertəsi keçmiş müdafiə naziri Sebastien Lecornunun istefasından sonra cümə gününə qədər yeni baş nazir təyin edəcəyini açıqlayıb.

Təhlil.az xəbər verir ki, istefa qərarı, hökumətin gələcək tərkibinə qarşı etimadsızlıq səsverməsinin qarşısını almaq məqsədilə müxalifətlə aparılan iki günlük danışıqlardan sonra verilib.

Yelisey sarayına yaxın mənbələrin verdiyi məlumata görə, hazırda iki əsas ssenari nəzərdən keçirilir: Sebastien Lecornunun yenidən təyinatı və ya keçmiş hökumətlərdəki təcrübəsi ilə tanınan, siyasi böhranlar zamanı adı tez-tez hallanan Jan-Lui Borlonun siyasi səhnəyə qayıdışı.

Yeni baş nazirin təyin edilmə vaxtı və formatı barədə rəsmi açıqlama hələlik verilməyib.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?