10 oktyabr

Bu gün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq

Bu gün bu il üçün Nobel Sülh Mükafatını qazanacaq şəxs və ya təşkilatın adı elan ediləcək.

Təhlil.az xəbər verir ki, 2025-ci il üzrə mükafata ümumilikdə 338 namizəd irəli sürülüb. Onlardan 244-ü fərdi şəxs, 94-ü isə təşkilatdır.

ABŞ Prezidenti Donald Tramp da namizədlər siyahısına daxildir. O, Barak Obamadan 16 il sonra (2009-cu ildə) Nobel Sülh Mükafatını qazanan növbəti ABŞ prezidenti olmağa çalışır.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?