Aİ 2027-ci ildə ukraynalı qaçqınlara dəstək proqramını dayandıra bilər

Avropa Komissiyası Ukrayna hakimiyyətini Avropa İttifaqının 2027-ci ilin martından sonra ukraynalı qaçqınlara dəstək proqramını dayandırmaq niyyətində olduğu barədə xəbərdar edib. Bu baxımdan Kiyev vətəndaşların ən həssas qruplarının geri qaytarılmasına hazırlaşmalıdır.
Təhlil.az xəbər verir ki, bunu Ali Radanın deputatı Viktoriya Qrıb YouTube-da yayımlanan “Superpozitsiya” proqramında deyib. Parlamentarinin sözlərinə görə, göstərilən müddətdən sonra Avropa ölkələrində yalnız rəsmi işlə təmin olunmuş və yaşayış icazəsi və ya vətəndaşlıq ala bilən Ukrayna vətəndaşlarının qalmasına icazə veriləcək. Qalanları evlərinə qayıtmağa məcbur olacaqlar. Sentyabrın 16-da Avropa İttifaqı Şurası üzv dövlətlər üçün ukraynalıların müvəqqəti mühafizəsini nəzərdə tutan rejimin mərhələli şəkildə ləğvi və onların öz vətənlərinə qayıtması və inteqrasiyasının asanlaşdırılması ilə bağlı yeni tövsiyələri təsdiqləyib. Bu müddəalar mövcud hüquqları dəyişdirmir: ukraynalılar 2026-cı il martın 4-dək uzadılmış müdafiədən istifadə etməyə davam edəcəklər. Sənəd Aİ-yə üzv dövlətlərə proqramdan mərhələli şəkildə imtina etməyə imkan verəcək koordinasiyalı yanaşmanı əks etdirir. Danimarkanın İmmiqrasiya və İnteqrasiya Naziri Kare Dibvad Beçin qeyd etdiyi kimi, Aİ-nin Ukrayna xalqı ilə həmrəyliyi sarsılmaz olaraq qalır, lakin ukraynalıların vətənə qayıda biləcəkləri və ölkələrinin yenidən qurulmasında iştirak edə biləcəkləri ana indidən hazırlaşmaq vacibdir.