09 oktyabr
Google Hindistanda məlumat mərkəzinin tikintisinə 10 milyard dollar sərmayə qoyacaq

Amerikanın “Google” korporasiyası Hindistanın süni intellektdən istifadə etməklə ən böyük məlumat emalı və bulud saxlama mərkəzinin tikintisinə 10 milyard dollar sərmayə qoyur. Təhlil.az xəbər verir ki, investisiya Hindistanın rəqəmsal infrastrukturuna ən böyük birbaşa xarici yatırımlardan biri olacaq. Mərkəzin ümumi gücü 1 giqavat olan üç irimiqyaslı kompleksinin 2028-ci ilin iyul ayına qədər Antra Pradeş ştatının cənub-şərqindəki Visakhapatnam şəhəri yaxınlığında tikilməsi planlaşdırılır. Layihə Hindistan hökumətindən razılıq alıb və ehtimal edilir ki, mərkəz ştatda 1,8 milyon yeniiş yeri yaradacaq və nəticədə Visakhapatnamı süni intellekt, bulud hesablamaları və məlumat analitikası üçün qlobal mərkəzə çevirəcək.