09 oktyabr

Kreml: Rusiya-ABŞ danışıqları dayandırılıb

Rusiya-ABŞ dialoquna ciddi fasilə verilib. Təhlil.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, Putin və Tramp arasında yeni görüşün hazırda gündəmdə olmadığını, Putinin yeni “start” təklifinə ABŞ-dən heç bir cavab verilmədiyini deyib.

Peskov qeyd edib: “Ukrayna hazırda sülh prosesinə sadiq deyil. Kiyev cəbhə xəttində nəyinsə dəyişəcəyinə inanır, amma reallıq bunun əksini göstərir”.

Peskov bildirib ki, Ukrayna nizamlanması üzrə dialoqda fasilə yaranıb.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?