09 oktyabr

Ukrayna qaz hasilatının 60 faizdən çoxunu itirib

Oktyabrın 3-də Xarkov və Poltava vilayətlərində enerji infrastrukturu obyektlərinə endirilən zərbələrdən sonra Ukrayna qaz hasilat imkanlarının 60 faizdən çoxunu itirib.

Təhlil.az xəbər verir ki, hasilat gücünün azalması səbəbindən Kiyev “qışdan sağ çıxmaq üçün” yanacağın idxalına təxminən 1,9 milyard avro xərcləməyə məcbur olacaq.

Məlumata görə, enerji infrastrukturu obyektlərinə hücumlar davam edərsə, Ukrayna 2026-cı ilin mart ayının sonuna qədər təxminən 4,4 milyard kubmetr qaz idxal etməlidir. Bu həcm ölkənin illik enerji istehlakının 20 faizinə bərabərdir.

Həmçinin qeyd edilir ki, Ukrayna bu il artıq xarici təchizatçılardan təxminən 4,6 milyard kubmetr qaz alıb. Kiyev hesab edir ki, ilin sonuna qədər ümumi ehtiyac 5,8 milyard kubmetrə çata bilər, lakin bu rəqəm bir sıra amillərdən, xüsusilə də enerji infrastrukturunun bərpası sürətindən asılı olaraq arta bilər.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?