09 oktyabr
Ərdoğan: “Qəzzadakı atəşkəs bölgədə sabitliyin bərpasına xidmət edir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəsin əldə olunması münasibətilə ABŞ, Qətər və Misirə təşəkkür edib.
Təhlil.az xəbər verir ki, Dövlət başçısının sözlərinə görə, Şarm Əl-Şeyxdə Türkiyənin də iştirakı ilə aparılan HƏMAS–İsrail danışıqları nəticəsində əldə edilən razılaşma bölgədə sülh və sabitliyə doğru atılmış mühüm addımdır.
Ərdoğan vurğulayıb ki, Türkiyə humanitar missiyalara və sülh səylərinə dəstəyini davam etdirəcək.