09 oktyabr

Konqresmen Vilson “Gürcü Arzusu”nu sərt tənqid etdi

ABŞ Helsinki Komissiyasının həmsədri, konqresmen Co Vilson Gürcüstanın hakim partiyası “Gürcü Arzusu” barədə sərt açıqlama verib.

Təhlil.az xəbər verir ki, Vilson X platformasında yazıb:

"Çin Kommunist Partiyasının təsiri altına düşən “Gürcü Arzusu”nun Amerika əleyhdarı fırıldaqçılarının ABŞ maraqlarından danışmağa haqqı yoxdur. Bu partiyanın maraqlarından çıxış edən hər kəs Amerikaya qarşı hərəkət edir”. 

Onun bu bəyanatı Tbilisinin ABŞ-nin daxili işlərinə “xarici müdaxilə” ittihamlarından sonra verilib.

Hadisədən sonra Gürcüstanın ABŞ-dəki səfiri Tamar Taliaşvili Dövlət Departamentinə çağırılıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Gürcüstan hökumətinin bəyanatlarını dezinformasiya adlandıraraq, Vaşinqtonun bu ölkədəki etirazları maliyyələşdirdiyi barədə iddiaları təkzib etmişdi.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?