09 oktyabr

Netanyahu Trampı İsrailə dəvət etdi

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp sazişin birinci mərhələsinin imzalanmasından sonra telefonla danışıblar.

Təhlil.az xəbər verir ki, tərəflər bütün girovların azad edilməsini nəzərdə tutan razılaşmanın əldə olunmasını tarixi nailiyyət kimi qiymətləndirərək bir-birlərini təbrik ediblər.

Netanyahu Prezident Trampa sülh səylərinə və qlobal liderliyinə görə təşəkkür edib, Tramp isə öz növbəsində Netanyahunu qətiyyətli rəhbərliyinə və atdığı addımlara görə təbrik edib.

Söhbət zamanı iki lider ABŞ və İsrail arasında sıx əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. Netanyahu həmçinin Prezident Trampı İsrail Knessetində (parlamentdə) çıxış etməyə dəvət edib.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?