09 oktyabr
Xamenei İran raketlərinin məsafə limitini ləğv edib

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Baxşaiş Ərdəstani bildirib ki, Ali Rəhbər Əli Xamenei ölkənin raket proqramı üçün müəyyən edilmiş 2200 kilometr məsafə məhdudiyyətini ləğv edib.
Təhlil.az xəbər verir ki, deputatın sözlərinə görə, İran bundan sonra raket proqramını “zəruri bildiyi qədər” genişləndirəcək və bu sahədə heç bir məhdudiyyətlə razılaşmayacaq.
Ərdəstani əlavə edib ki, Tehran nüvə danışıqlarına açıq olsa da, raket proqramı rejim üçün “qırmızı xətt” hesab olunur.
Ekspertlər bu qərarı İranın hücum silahları mərhələsinə keçidi və regional təhlükəsizlik üçün yeni təhdid kimi qiymətləndirirlər.