“Azeri Light” neftinin qiyməti artıb

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti artaraq bir barel üçün 70,08 ABŞ dolları təşkil edib. Bu, əvvəlki göstərici ilə müqayisədə 0,21 dollar və ya 0,3 faiz çoxdur.
Təhlil.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti də 0,2 dollar və ya 0,3 faiz bahalaşaraq 68,44 dollara yüksəlib.
Digər markalar üzrə də artım müşahidə olunub. URALS markalı xam neftin qiyməti 1,25 dollar və ya 2,3 faiz artaraq bir barel üçün 55,72 dollar, “Dated Brent” markalı neftin qiyməti isə 1,24 dollar və ya 1,8 faiz bahalaşaraq 68,33 dollar olub.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Bu isə hazırkı “Azeri Light” qiymətinin büdcə proqnozlarına uyğun formalaşdığını göstərir.