09 oktyabr
Donald Tramp: "Girovlar tezliklə azad ediləcək, İsrail qüvvələri geri çəkiləcək"

“Mən İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən böyük qürur duyuram".
Təhlil.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlamasında deyib.
O bildirib ki, əldə olunan razılaşma o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail öz qüvvələrini razılaşdırılmış xəttə çəkəcək.
"Davamlı, sabit və daimi sülhə doğru ilk addım. Bütün tərəflər ədalətli davranacaqlar! Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün qonşu ölkələr və Amerika Birləşmiş Ştatları üçün əla gündür. Bu tarixi hadisəni mümkün etmək üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik”, - deyə Tramp qeyd edib.