09 oktyabr

HƏMAS və İsrail arasında atəşkəs razılaşması əldə olunub

Fələstin müqavimət hərəkatı HƏMAS ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Şarm əl-Şeyxdə keçirilən danışıqlar nəticəsində atəşkəs və razılaşmanın əldə olunduğunu elan edib.

Təhlil.az xəbər verir ki, təşkilatın bəyanatına əsasən, razılaşma Qəzzada müharibənin dayandırılmasını, İsrail qoşunlarının bölgədən çıxarılmasını, humanitar yardımın maneəsiz çatdırılmasını və əsir mübadiləsini əhatə edir.

HƏMAS Qətər, Misir və Türkiyənin vasitəçilik səylərini, eləcə də Prezident Trampın təşəbbüsünü yüksək qiymətləndirib. Hərəkat beynəlxalq ictimaiyyəti İsraili əldə olunan razılaşmaya əməl etməyə məcbur etməyə çağırıb.

Bəyanatda həmçinin qeyd olunub ki, Fələstin xalqının qəhrəmanlığı və müqaviməti İsrailin planlarını puça çıxarıb:

“Xalqımızın fədakarlıqları boşa getməyəcək. Azadlıq və müstəqillik uğrunda mübarizə davam edəcək. Öz müqəddəratını təyinetmə hüququndan imtina etməyəcəyik.”

HƏMAS vurğulayıb ki, bu razılaşma bölgədə sülh və sabitliyə doğru atılmış mühüm addımdır.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?