08 oktyabr
Ukraynada bələdiyyə seçkiləri ləğv edildi

Ukrayna Ali Radası hərbi vəziyyətin davam etdiyi müddətdə yerli idarəetmə orqanlarına seçkilərin keçirilməməsi barədə qərar qəbul edib.
Təhlil.az xəbər verir ki, qərara əsasən, mövcud bələdiyyə şuraları və merlər rejim ləğv edilənədək və növbəti seçkilərədək fəaliyyətlərini davam etdirəcəklər.
Sənəd 226 səs tələb olunarkən 308 deputatın dəstəyi ilə qəbul edilib. Deputat Yaroslav Jeljnyakın sözlərinə görə, bu o deməkdir ki, 2025-ci ildə Ukraynada yerli seçkilər keçirilməyəcək.