08 oktyabr

Rusiya ABŞ ilə imzalanmış sazişi qüvvədən düşmüş hesab edir

Rusiya Dövlət Duması ABŞ ilə plutoniumun utilizasiyası ilə bağlı hökumətlərarası sazişi, eləcə də müvafiq müqavilələri pisləyib.

“Mövcud şəraitdə Rusiyanın ABŞ ilə plutoniumun məhv edilməsinə dair müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi qəbuledilməz olub.

Bu vəziyyətdə amerikalılarla saziş çərçivəsində əməkdaşlığa xitam verilməsi prosesi, hətta formal nöqteyi-nəzərdən də, sadəcə, təbii nəticədir”, - Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Təhlil.az xəbər verir ki, Rusiya ilə ABŞ arasında saziş 2000-ci ildə imzalanıb və 2011-ci ildə ratifikasiya edilib. Onun şərtlərinə görə, hər iki tərəf hərbi və müdafiə proqramları üçün artıq hesab edilən 34 ton silah plutoniumunu məhv etməyi öhdəsinə götürüb.

İyulun 31-də Rusiya hökuməti müqavilənin denonsasiyası üçün Dövlət Dumasına qanun layihəsi təqdim edib.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?